[b]“Zolaqlılar” “Qarabağ”la oyuna itki ilə çıxır[/b] - FOTO
29.07.2015 - 11:42
[b]“Zolaqlılar” “Qarabağ”la oyuna itki ilə çıxır[/b] - FOTO

Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün keçiriləcək ilk oyununda “Qarabağ”la qarşılaşacaq “Seltik” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Şotlandiya çempionu Çarli Malqryunun xidmətindən məhrum olub.

 

29 yaşlı mərkəz müdafiəçisi bugünkü qarşılaşmada 5 ildi şərəfini qoruduğu “zolaqlılar”a kömək edə bilməyəcək. Buna səbəb onun zədələnməsidi. Dizindən yüngül xəsarət alan təcrübəli futbolçunun cavab matçına hazır olacağı gözlənilir.

 

Qeyd edək ki, Çarli 2012-ci ildən Şotlandiya millisinin də formasını geyinir. Yığmada 17 oyuna 2 qol vuran müdafiəçi “Seltik”lə 4 qat ölkə çempionudu.

0