Portuqaliya millisinin hücumçusu La Liqanı Hindistan birinciliyinə dəyişdi - FOTO
29.07.2015 - 18:52
Portuqaliya millisinin hücumçusu La Liqanı Hindistan birinciliyinə dəyişdi - FOTO

Portuqaliya millisinin hücumçusu Elder Poştiqa karyerasını Hindistan birinciliyində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, futbolçu “Atletiko Kəlküttə” klubu ilə anlaşıb.

 

Bu barədə klubun rəsmi “tvitter” səhifəsindən məlumat yayılıb.

 

Bildirək ki, 32 yaşlı hücumçu son mövsümü İspaniya La Liqasında “Deportivo”da keçirib. O, burada cəmi 14 oyunda meydana çıxmış və 1 qola imza atmışdı.

 

Poştiqa milli komanda ilə meydana çıxdığı 72 oyunda 27 dəfə rəqib qapıçıları məyus edib.

0