[b]“Mümkün olan hər şeyi edəcəyik ki...”[/b] – Roman Qriqorçuk
29.07.2015 - 23:47
[b]“Mümkün olan hər şeyi edəcəyik ki...”[/b] – Roman Qriqorçuk

“Bu mərhələyə qədər az yol qət etməmişik. Komandamız da, rəqibimiz də iki mərhələ keçib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon” (Kipr) ilə ilk oyunundan əvvəl baş məşqçilərin iştirakı ilə mətbuat konfransı keçirilib.

 

Ukraynalı mütəxəssis ilk oyunla bağlı fikirlərini bildirib:

 

“Düşünürəm ki, niyyətimiz eynidir, hər iki komanda növbəti mərhələyə yüksəlmək istəyir. Biz sabah mümkün olan hər şeyi edəcəyik ki, mərhələ keçməyə imkan verən nəticə qazanaq. Bizi asan oyun gözlədiyini düşünmürəm. Rəqibimiz çox güclü komandadır. Onların heyətində yüksək səviyyəli, sürətli futbolçular yer alıb. “Apollon” yaxşı, təşkilatlanmış oyun nümayiş etdirir. İzlədiyim oyunlarda da komanda çox inamlı təsir bağışlamışdı. Bunlara əsasən deyə bilərəm ki, rəqibimiz çox güclü komandadır. Kipr komandasının ən güclü tərəfi oyunçularının fərdi ustalığıdır. Xüsusilə də bunu hücum xətti barədə demək olar. Cinah müdafiəçilərin effektli oyununu da qeyd etmək olar. Məhz sadaladıqlarım da “Apollon”un əsas güclü tərəfidir”.

0