"Di Mariyanın harda olduğunu bilirsizsə, mənə də deyin"
30.07.2015 - 11:47
"Di Mariyanın harda olduğunu bilirsizsə, mənə də deyin"

“Mançester Yunayted”in baş məşqçisi Lui van Qal maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, o, PSJ-yə keçmək üzrə olan Anxel di Mariya haqda danışmaq istəməyib.

 

Hollandiyalı çalışdırıcı di Mariya ilə bağlı verilən suala belə cavab verib: “Onun barədə hər həftə mənə sual verirsiz, hər dəfə də eyni cavabı eşidirsiz. Di Mariya hardadı? Bilmirəm. Onun harda olduğunu bəlkə siz bilirsiz? Bilirsizsə, mənə də deyin. PSJ-yə keçir? Nə bilim. Axı mən Loran Blan deyiləm. PSJ-nin yox, “Mançester Yunayted”in transferləri haqda danışa bilərəm”.

 

Qeyd edək ki, Anxel di Mariyanın tezliklə PSJ ilə müqavilə imzalayacağı haqda xəbərlər yayılıb. 

0