[b]Ronni Deyla: Gələn həftə də belə çıxış etsək...[/b]
31.07.2015 - 09:12
[b]Ronni Deyla: Gələn həftə də belə çıxış etsək...[/b]

“Ötən mövsüm “Maribor”la keçirdiyimiz səfər matçını Bakıda ən azı təkrarlamalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu Ronni Deyla deyib.

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşan “Seltik” ilk görüşdə 1:0 hesablı qələbə qazanıb.

 

Şotlandiya klubunun çalışdırıcısı Bakıda baş tutacaq cavab qarşılaşması barədə fikirlərini bölüşüb. O, komandasının qapı və müdafiə xəttini xüsusi fərqləndirib: “Maribor”la ötən mövsümdəki görüşdə taktiki cəhətdən əla çıxış etdik. Gələn həftə də belə çıxış etsək, Bakıdan qələbə ilə dönə bilərik. İndividual şəkildə biz arxa xətdə çox güclüyük. Qapıçımızın və iki mərkəz müdafiəçimizın fərdi keyfiyyətləri yüksəkdi”.

 

Qeyd edək ki, “Qarabağ” – “Seltik” oyunu avqustun 5-də keçiriləcək.

0