[b]Azərbaycan millisi Belarusa “5” verdi[/b] - VİDEO
01.09.2015 - 23:37
[b]Azərbaycan millisi Belarusa “5” verdi[/b] - VİDEO

Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlaşan Azərbaycan milli komandası Belarus yığması ilə yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, ABU Arena-da keçirilən oyunda millimiz 5:2 hesabı ilə qalib gəlib.

 

Vitali Borisovun dubl etdiyi oyunda Eduardo Mello, Amadeo Fernandes və Samir Həmzəyev hərəyə bir dəfə fərqləniblər.

 

Qeyd edək ki, bu komandalar arasında daha bir oyun keçiriləcək. Növbəti oyun sentyabrın 2-də baş tutacaq.

 

ABU Arena-da təşkil olunacaq görüş saat 20:30-da başlayacaq.

0