Azərbaycan – Xorvatiya matçında anşlaq gözlənilir
02.09.2015 - 14:47
Azərbaycan – Xorvatiya matçında anşlaq gözlənilir

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan - Xorvatiya matçına bilet satışı davam edir. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun apasport.az saytına verdiyi məlumata görə, “Bakcell Arena”da baş tutacaq görüşdə anşlaq gözlənilir.

 

Nərimanoğlu bildirib ki, biletlərin artıq 8 mini satılıb. Onun sözlərinə görə, satışa çıxarılan biletlərin hamısının alınacağı proqnozlaşdırılır: “Görüşə bir gündən artıq vaxt qaldığından satışa çıxarılan 11 min biletin hamısının satılacağı gözlənilir”.

 

Qeyd edək ki, səfərdə xorvatlara 0:6 hesabı ilə uduzan Azərbaycan rəqibini sabah saat 21:00-da qəbul edəcək.  

0