[b]“Azərbaycanlı futbolçular topu hara gəldi vurmurlar”[/b] – [b]Niko Kovaç[/b]
02.09.2015 - 19:11
[b]“Azərbaycanlı futbolçular topu hara gəldi vurmurlar”[/b] – [b]Niko Kovaç[/b]

“Prosineçki ilə bir yerdə oynamışıq. Ancaq artıq baş məşqçiyik. Hərəmizin öz oyunçuları var”. Apasport.az saytının məlumatına görə, bunu Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində H qrupuna liderlik edən Xorvatiya millisi sabah “Bakcell Arena”da Azərbaycan yığmasının qonağı olacaq.

 

Biliç qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında oyun barədə fikirlərini bildirib: “Sabah 11 oyunçu bizdən, 11 oyunçu isə Azərbaycandan mübarizə aparacaq. Hər iki komanda qələbə qazamaq üçün mübarizə aparacaq. Bu, Prosineçki ilə Kovaçın deyil, Azərbaycanla Xorvatiya yığmasının duelidi.

 

- Prosineçkinin gəlişindən sonra Azərbaycan yığmasında dəyişikliklər olduğunu demisiniz. Hansı dəyişiklikləri nəzərdə tutursunuz?

- Azərbaycan yığması artıq müdafiədə daha intizamlı oynayır. Həmçinin hücum etməyi də bacarır. Topu hara gəldi vurmurlar. Sabah bizi çətin oyun gözləyir. Rəqib komanda son iki matçı yaxşı keçirib. İşimiz asan olmayacaq.

 

- Sabah heçç-heçə  olarsa, bunu faciə kimi dəyərləndirəcəksiniz?

- Mən həmişə optimist olmuşam. Sabahkı oyunun nəticəsindən çox şey asılıdı. Sabah qələbə qazansaq, növbəti matçda final mərhələsinə vəsiqə qazana bilərik. Biz görüşün favoritiyik. Meydançaya qələbə üçün çıxacağıq.

 

- Əgər 3-dən çox qol vurmaq imkanınız olsa, bunu dəyərləndirməyə çalışacaqsınız?

- Futbolçulara tapşıracam ki, sona qədər mübarizə aparsınlar. Xorvatiya yığması müstəqillik dönəmində ən çox qollarını mənim dönəmimdə vurub. Azarkeşlər meydançaya qol üçün gəlirlər. İmkanımız çatan qədər qol vurmağa çalışacağıq.

 

0