Azərbaycan Hollandiya və Türkiyədən öndə
02.10.2015 - 14:15
Azərbaycan Hollandiya və Türkiyədən öndə

Azərbaycan cari mövsüm avrokuboklarda topladığı xal sayında qitənin 16-cısıdı. Apasport.az saytının məlumatına görə, 3,875 xal toplayan təmsilçilərimiz Qazaxıstanla eyni göstəriciyə malikdi.

 

Lakin əlavə göstəricilərdə daha yaxşı nəticəyə malik olan ölkəmiz siyahıda daha yüksək mövqedədi. Azərbaycan 13-15-ci olan Polşa, Ukrayna və İtaliyadan cəmi 0,125 xal geri qalır.

 

Qabaqladığımız ölkələr arasında isə Türkiyə (2,800), Şotlandiya (2,750), Hollandiya (2,583), Belçika (2,400) kimi ölkələr var. Bundan başqa Avstriya (2,600), İsveçrə (2,700), Yunanıstan (3,400), Çexiya (3,700), Rumıniya (2,250) kimi ortabablar da daha az xal toplayıb.

 

Qeyd edək ki, mövsümün ən yaxşısı olan Rusiyanın hesabında 5,900 xal var.

 

0