Çempionluq üçün heç-heçə arzusunda - FOTOSESSİYA
03.10.2015 - 16:53
Çempionluq üçün heç-heçə arzusunda - FOTOSESSİYA

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışın final mərhələsində Rusiyanı təmsil edən Pyotr Svidlerlə Sergey Karyakin qarşılaşır.

 

Bu gün tərəflər üçüncü görüşdə üz-üzə gəlir. Svidler ağ fiqurlarla oynayır. Əvvəlki iki görüşdə qələbə qazanan Pyotr bu gün heç-heçəyə nail olsa Dünya Kubokunun qalibi olacaq.


Qeyd edək ki, yarışın qalibi 120 min ABŞ dolları qazanacaq. 

0