[b]“Kəpəz” və “Sumqayıt”dan yeni sifarişlər[/b]
03.10.2015 - 20:18
[b]“Kəpəz” və “Sumqayıt”dan yeni sifarişlər[/b]

Topaz Premyer Liqasında çıxış edən iki klub iştirak ərizəsinə yeni futbolçular daxil ediblər. Apasport.az saytının məlumatına görə, “Sumqayıt” və “Kəpəz”in heyətində yeni oyunçular çıxış edəcəklər.

 

“Kimyaçılar” iki futbolçunu, Amil Yunanov və Mirzağa Hüseynpuru, “Kəpəz” isə kamerunlu yeni transferi Julieb Tobe Ebahın xidmətlərindən istifadə etmək üçün iştirak ərizəsini yeniləyib.

0