[b]“Futbolçularım mübarizədən qaçırdılar” – Aqil Məmmədov[/b]
04.10.2015 - 18:18
[b]“Futbolçularım mübarizədən qaçırdılar” – Aqil Məmmədov[/b]

“Maraqlı oyun oldu. Məncə, “Kəpəz” layiqli qələbə qazandı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.

 

Topaz Premyer Liqasının VII turu çərçivəsində Gəncədə “Kəpəz”ə məğlub olan “kimyaçılar”ın baş məşqçisi oyun haqqında fikirlərini açıqlayıb:

 

“Ümumiyyətlə, futbolçunun həmişə keyfiyyətini  əsas götürmüşəm. Oyunçuda mütləq xarakter olmalıdır. Bu gün mənim futbolçularım mübarizədən qaçırdılar. Bunun konkret səbəbini bilmirəm. Bəlkə azarkeşlərin çoxluğundan, bəlkə də havadandır. Futbolçularımın bacarığı bu qədər deyil. Sadəcə, bu gün alınmadı. Azərbaycanlı futbolçuların çox olmasının tərəfdarıyam. Amma bir məqama diqqət yetirək, bu gün qapımızdan keçən 3 qolun ikisinin müəllifi legioner oldu. AZAL ilə oyunda da legioner bizi cəzalandırmışdı. Məncə, bizim heyətimizdə legioner olmasa, hər il çempionatda qalmaq üçün oynayacağıq”.

0