[b]Yunis Hüseynovu köməkçisi əvəzlədi[/b]
04.10.2015 - 22:40
[b]Yunis Hüseynovu köməkçisi əvəzlədi[/b]

Topaz Premyer Liqasının VII turu çərçivəsində “Qəbələ”nin qonağı olan “Xəzər Lənkəran” 0:6 hesabı ilə məğlub olub. Apasport.az saytının məlumatına görə, böyük hesablı yenilgidən sonra cənubluların məşqçisi Vidadi Hüseynov qarşılaşma haqqında qısa fikirlərini bildirib:

 

“2 əsas oyunçumuz meydançaya çıxmamışdı. Rasim Ramaldanov və Orxan Əliyev oynamırdılar. Məcbur qalıb, əvəzedici heyətdən oyunçular götürmüşdük. Bu da hesabda özünü göstərdi”. 

 

Qeyd: “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov səhhətində yaranmış problemlərə görə mətbuat konfransına qatılmayıb. 

0