[b]2884 gün sonra təkrarlanan rekord[/b]
04.10.2015 - 23:15
[b]2884 gün sonra təkrarlanan rekord[/b]

“Qəbələ” Premyer Liqada tarixinin ən böyük hesablı nəticəsi ilə qalib gəlib. Apasport.az saytının məlumatına görə, VII turun “Xəzər Lənkəran”la qarşılaşmasında 6:0 hesabı ilə qələbə qazanan Roman Qriqorçukun yetirmələri 2007/08 mövsümündə qeydə alınan rekordunu təkrarlayıb.

 

Həmin vaxt – 2007-ci il noyabrın 11-də “Qəbələ” səfərdə “Gənclərbirliyi”ni darmadağın etmişdi.

 

Budəfəki 6:0 hesablı qələbə isə bir sıra rekordlarla əlamətdar olub. Mövsümün ən böyükhesablı qələbəsini qazanan komanda 10 illik tarixinin bir sıra nəticələrini təkrarlayıb. Bu nəticə “qırmızı-qaralar”ın Premyer Liqada ən böyükhesablı qələbəsidir.

 

Ümumiyyətlə, bütün yarışlarda Qəbələdəki ən fərqli qələbə isə 2006/07 mövsümündə “Şahdağ”la (Quba) 2006-cı il oktyabrın 16-dakı kubok matçında qeydə alınmışdı – 6:0.

 

“Xəzər Lənkəran”la matçda həmin rekord da təkrarlanıb.

 

2884 gündən sonra təkrarlanan rekord çempionatın yüksək liqasında “Qəbələ”nin ən böyükhesablı ev qələbəsidi.

 

“Qırmızı-qaralar”ın ümumiyyətlə, ən böyük fərqlə qələbəsi isə I liqada qeydə alınıb. Komanda Xanları təmsil edib, “Gilan” adlandığı vaxt – 2005/06 mövsümünün ilk turunda evdə “Şərur”u 8:0 hesabı ilə üstələyib.

0