“Qəbələ”nin rəqibi evində uduzdu
05.10.2015 - 00:35
“Qəbələ”nin rəqibi evində uduzdu

Yunanıstan çempionatında 5-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi PAOK da növbəti matçına çıxıb.   

 

Adıçəkilən komanda doğma meydanda “Olimpiakos”la üz-üzə gəlib. Görüş Saloniki təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

  

Qeyd edək ki, PAOK hazırda 10 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

0