Millimiz 5 xal qazandı, rəqibi gerilədi
05.10.2015 - 11:42
Millimiz 5 xal qazandı, rəqibi gerilədi

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəlin əsas hissəsində planetin 95 millisi yer alıb.

 

Digər komandalar isə son illərdə az matç keçirdiyindən əlavə siyahıya daxil edilib.

 

AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmaqla ardıcıl 4-cü dəfə buna nail olan Azərbaycan millisi dünyanın 13-cü komandasıdı. Faustino Peresin yetirmələrinin hesabında 1369 xal var.

 

Hesabına 5 xal əlavə etsə də, mövqeyi dəyişməyən yığmamızın final mərhələsindəki hər iki rəqibi daha yüksək pillələrdə yer alıb. Ötən həftə baş tutan püşkatmada millimizlə eyni qrupa düşən İtaliya 1717 xalla 4-cü sırada qərarlaşıb. Digər rəqibimiz Çexiya isə 1403 xalla 11-ci pilləyə şərikdi. Sonuncular 1 pillə geriləyib.

 

 

Əvəzində komandamız DÇ-2016-nın seçmə mərhələsindəki rəqibləri Xorvatiya və Belarusdan öndədi. 1344 xalı olan balkanlılar 14-cü, 1220 xala malik belaruslular 22-cidi.

 

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir - 1922 xal.

0