[b]Millimizin oyunu islandiyalı hakimlərə tapşırıldı[/b]
06.10.2015 - 19:05
[b]Millimizin oyunu islandiyalı hakimlərə tapşırıldı[/b]

Gənclər arasında Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Avstriya ilə qarşılaşacaq 21 yaşlılardan ibarət milli komandamızın oyununun hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, Avstriya ilə Azərbaycan U-21-ləri arasındakı matçı islandiyalı hakimlər briqadası idarə edəcək.

 

Qarşılaşmanın baş hakimi Qunyar Yarl Yonsson olacaq. Ona yan xətt hakimləri Qunyar Qunyarson və Birkir Siqyurdarson kömək edəcəklər.

 

Oyunun 4-cü hakimi isə Torvaldur Arnason olacaq.

 

Qeyd edək ki, iki komanda arasındakı görüş oktyabrın 9-da St. Polten şəhərində keçiriləcək, matçın start fiti Bakı vaxtı ilə saat 20:30-da veriləcək. 

0