“Barselona” Arda Turan üçün CAS-a müraciət edəcək
06.10.2015 - 20:44
“Barselona” Arda Turan üçün CAS-a müraciət edəcək

Zədəli futbolçuları olması səbəbindən Arda Turanın adını iştirak ərizəsinə daxil etmək istəyən “Barselona” istənilən üsula əl atmağa hazırdı. Apasport.az saytının sport.es-ə istinadən məlumatına görə, kataloniyalıların istəyinə yerli federasiya razılıq versə də, FİFA buna qarşı çıxmışdı.

 

Ancaq komanda bu qərarla barışmaq niyyətində deyil. Belə ki, sonuncu İspaniya çempionu artıq ali futbol qurumunun qərarından apelyasiya şikayəti verib. Əgər FİFA yenə eyni qərarı versə, “Barselona” bu dəfə İdman Arbitraj Məhkəməsinə - CAS-a müraciət edəcək. 

0