Yurgen Klopp açıqladı: “Liverpul”a gedir?
06.10.2015 - 21:09
Yurgen Klopp açıqladı: “Liverpul”a gedir?

Brendan Rocersin istefasından sonra “Liverpul”un baş məşqçiliyinə əsas namizədlərdən biri olan Yürgen Klopp komandaya keçib-keçməyəcəyi ilə bağlı suala dəqiq cavab verməyib. Apasport.az saytının məlumatına görə, “Bild” nəşrinin əməkdaşları alman məşqçiyə bu barədə sual ünvanlasa da, ondan nə inkar, nə də təsdiq cavabı ala biliblər:

 

“Bu an üçün söylənə biləcək bir söz yoxdu. Nə dəqiq xeyr, nə də bəli deyə bilərəm. Hazırda evə gedirəm”.

 

İngiltərənin məşhur goal.com saytı isə iddia edir ki, Klopp artıq mersisaydlılarla anlaşıb.

0