“Düşünürəm ki, müdafiəçilərimiz bu gün çox yaxşı oynadılar. Müdafiəçilərimiz rəqib hücumçularına imkan vermədilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XI turunun “Zirə” ilə oyunu haqda fikirlərini açıqlayıb: “İkinci hissədə öndə təhlükəli epizodlar yaratdıq. Təəssüflənirəm ki, bizim yüksək səviyyəli hücumçumuz yoxdur. Nə qədər dəyişikliklər etsək də, irəlidə daha güclü ola bilmirik. Bu problemləri aradan qaldırmaq üçün variantlar axtarırıq. Yaxşı oynamayan futbolçu ehtiyatda oturmalıdır”.
Qeyd edək ki, paytaxt derbisi qolsuz heç-heçə ilə nəticələnib.