“Azərbaycan çempionatının ən yaxşı komandalarından birinə qarşı oynadıq. “İnter”in özünəməxsus oyun tərzi var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin məşqçisi Ayxan Abbasov deyib.
O, Topaz Premyer Liqasının XI turunun “Zirə” ilə qarşılaşması haqda fikirlərini açıqlayıb: “Sıx qrafikdə ardıcıl 3-cü oyunumuzu keçirdik. Əsas məqsəd bu ardıcıl 3 oyunda uduzmamaq idi ki, bunun öhdəsindən gəldik. Məqsədlərimizdən biri özümüzəməxsus oyun tərzi yaratmaqdır. Hər keçən tur bu işdə irəliləyiş olduğunu görürük. “İnter”ə qarşı oyunda da mübarizə apardıq, futbolçulara uduzmamaq hissini aşılamağa çalışırıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik”.