[b]“Qəbələ” – “Kəpəz” oyunu sabah davam edəcək - YENİLƏNİB[/b]
31.10.2015 - 19:30
[b]“Qəbələ” – “Kəpəz” oyunu sabah davam edəcək - YENİLƏNİB[/b]

Topaz Premyer Liqasının XI turunun “Qəbələ” - “Kəpəz” oyunu yarımçıq dayandırılıb. Apasport.az saytının məlumatına görə, buna hava şəraiti səbəb olub.

 

Belə ki, Qəbələ şəhər stadionunda güclü dumanın olması səbəbindən hakimlər matçı dayandırmaq məcburiyyətində qalıb.

 

FİFA referisi Əliyar Ağayev qarşılaşmanın bir müddət belə şəraitdə keçməsinə imkan versə də, görüntünün daha da pisləşməsinin şahidi olub. Yaxın məsafənin belə görünməz olduğunu nəzər alan referi görüşü saxlamağa məcbur olub.

 

Qarşılaşmanın davam etdirilib-etdirilməyəcəyi dəqiqləşməyib.

--------------------------------------------------------------------

Hakimlər briqadası matçın taleyi ilə bağlı son qərarlarını veriblər. Belə ki, görüşün baş hakimi Əliyar Ağayevin və AFFA nümayəndələrinin ortaq fikirnə əsasən, qarşılaşma sabah saat 20:00-da qaldığı yerdən - 30-cu dəqiqədən davam etdiriləcək.

0