[b]“AZAL bizə rahat futbol oynamağa imkan vermədi” – Qurban Qurbanov[/b]
31.10.2015 - 21:49
[b]“AZAL bizə rahat futbol oynamağa imkan vermədi” – Qurban Qurbanov[/b]

“Oyun bir daha göstərdi ki, hər bir komanda çətin rəqibdi. Bütün komandalar təhlükəlidi. Odur ki, götürülən xallar böyük bir addımdı. Bütün bunları futbolçular dərk eləməlidirlər və hər bir oyunda maksimum mübarizə aparmalıdırlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Topaz Premyer Liqasının XI turu çərçivəsində AZAL-la qarşılaşan ağdamlıların çalışdırıcısı 2:0 hesablı qalibiyyəti belə şərh edib: “AZAL da bu gün bizə rahat futbol oynamağa imkan vermədi. Soyuq havada bizi dəstəkləməyə gələn azarkeşləri təbrik edirəm. Eyni zamanda, ilk qolunu vuran Raydell Puponu təbrik etmək istərdim. İnşallah, Raydell bundan sonra da hər oyun qol vurar, amma bunun çətin olduğunu bilirik. Lakin çox çalışan Pupon bunu haqq edir”.

0