[b]“Öz vaxtımızı gözlədik və qələbə qazandıq”[/b]
01.11.2015 - 22:14
[b]“Öz vaxtımızı gözlədik və qələbə qazandıq”[/b]

“Oyun maraqlı keçdi. Qələbə qazanmasaydıq belə, mən bu sözləri deyəcəkdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XI turunun “Qəbələ” ilə səfər oyunundakı 2:1 hesablı qələbəyə şərh verib: “Oyundan öncə bildirmişdim ki, qarşılıqlı hücumlar baş tutacaq. Oyuna görə komandamla fəxr edirəm. Mənim ciddi dəyişikliklər etmək imkanım yoxdu. Sıx qrafikdə  komandam qəhrəmancasına mübarizə apardı. Biz öz vaxtımızı gözlədik və qələbə qazandıq”. 
 

0