[b]Əzəli rəqiblər turu 3 xalla başa vurdular - YENİLƏNİB[/b]
02.11.2015 - 22:56
[b]Əzəli rəqiblər turu 3 xalla başa vurdular - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında XI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, oktyabrın 31-də start götürən turun son 2 matçı bu gün baş tutub.

 

Hər iki qarşılaşma turnir cədvəlinin ikinci yarısında qərarlaşanların iştirakı ilə keçirilib. Günün ilk oyunu Sumqayıtda baş baş tutub. Eyniadlı komanda ölkənin ən titullu klubu “Neftçi” ilə qarşılaşıb. Paytaxt təmsilçisi oyunun gedişində hesabda geri düşsə də, özündə güc taparaq qalib gəlməyi bacarıb. "Ağ-qaralar" qarşılaşmadan qalib ayrılmaqla turnir cədvəlində rəqibini qabaqlamağı da bacarıb.

 

Turun son qarşılaşması isə paytaxtda baş tutub. "Neftçi"nin əzəli rəqibi “Xəzər Lənkəran” isə "Rəvan"ın qonağı olub. Cənublular matçdan minimal hesabla qalib ayrılaraq uzun müddət sonra qələbə qazana bilib.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” AZAL-ı 2:0, “Kəpəz” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib, “İnter” – “Zirə” görüşündə qalib müəyyənləşməyib – 0:0.

 

Topaz Premyer Liqası

XI tur
02 noyabr (bazar ertəsi)


“Rəvan” – “Xəzər Lənkəran” - 0:1

Qol: Elnur Cəfərov, 80
 

Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Vüqar Bayramov, Rəvan Həmzəzadə 
AFFA nümayəndəsi: Nüvər  Xasıyev
Hakim-inspektor: Rövşən  Əhmədov
“Bayıl Arena”

 

“Rəvan”: 32. Kostyantin Maxnovski, 6. Vüqar Bəybalayev, 16. Orxan Lalayev, 21. Novruz Məmmədov, 11. Şeriff Suma, 13. Cəmşid Məhərrəmov, 92. Yamin Ağakərimzadə, 8. Məmməd Quliyev, 7. Elvin Həsənəliyev, 17. Ramazan Abbasov (k), 19. Tural Qürbətov 

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 39. Əlibəy Məmmədli, 86. Fərid Quliyev, 14. Elvin Əliyev, 99. Nicat Muxtarov, 3. Saşa Yunisoğlu, 55. Hüseyn Axundov

Baş məşqçi: Bəhmən Həsənov

 

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı
12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 32. Zaman Mirzəzadə, 99. Mahsum Qəmbərli

Baş məşqçi: Yunis Hüseynov

 

 

“Sumqayıt” – “Neftçi” - 1:2

Qollar: Uğur Pamuk, 7 - Fəhmin Muradbəyli, 73, Ruslan Qurbanov, 77 (pen.)
 

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, Ramil Diniyev 
AFFA nümayəndəsi: Maşallah  Əhmədov
Hakim-inspektor: Əli  Hüseynov
Mehdi Hüseynzadə adına şəhər stadionu

“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 10. Uğur Pamuk, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 24. Amit Quluzadə, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 7. Pərdis Fərcad-Azad, 9. Mirzağa Hüseynpur, 13. Murad Ağayev, 15. Nodar Məmmədov, 23. Tural Rzayev, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov

“Neftçi”: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 19. Fəhmin Muradbəyli, 20. Salas Quinta Antonio, 27. Məqsəd İsayev
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 26. Kamal Qurbanov, 22. Mirabdulla Abbasov, 95. Elvin Bədəlov, 3. Filyo Jairo Rodriges, 10. Cavid İmamverdiyev, 88. Orxan Qurbanlı
Baş məşqçi: Samir Əliyev

 

 

1.

Qarabağ

11

8

2

1

20:8

26

2.

Qəbələ

11

6

3

2

18:6

21

3.

İnter

11

5

4

2

9:7

19

4.

Kəpəz

11

5

3

3

14:10

18

5.

Zirə

11

4

6

1

10:8

18

6.

Neftçi

11

3

4

4

11:12

13

7.

Xəzər Lənkəran

11

3

3

5

10:15

12

8.

Sumqayıt

11

2

5

4

9:12

11

9.

AZAL

11

2

2

7

5:14

8

10.

Rəvan

11

0

2

9

4:18

2

 

Bombardir: Riçard Almeyda (“Qarabağ”) – 5 qol

 

0