[b]Dodo “Borussiya” ilə oyuna hazırdı, Bezotosnı isə...[/b]
02.11.2015 - 11:23
[b]Dodo “Borussiya” ilə oyuna hazırdı, Bezotosnı isə...[/b]

Topaz Premyer Liqasının XI turu çərçivəsində “Kəpəz”ə uduzan “Qəbələ” bu azmış kimi, aparıcı oyunçularından olan Dmitri Bezotosnının xidmətindən məhrum olub. Apasport.az saytı xəbər verir ki, matçın əvvəlindəcə sol ayağından zədələnən ukraynalı qapıçı 7-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

 

Klubdan verilən məlumata görə, ilkin tibbi müayinədən sonra həkimlər Bezotosnının ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağını deyiblər. 32 yaşlı çərçivə qoruyucusu bu gün MRT-dən keçməlidi. Məhz bundan sonra onun nə vaxt sıraya dönəcəyinə tam aydınlıq gələcək.

 

Əvəzində komandanın kapitanı Luis Hilario Dodo zədəsini sağaldaraq, sıraya dönüb. “Zirə” ilə çempionat görüşündə zədə alan braziliyalı yarımmüdafiəçi bu səbəbdən son turlarda AZAL və “Kəpəz”lə matçları buraxmışdı. Onun yoxluğunda “Qəbələ” “təyyarəçilər”lə qolsuz bərabərlik edib, “Kəpəz”ə məğlub olmuşdu.

 

Sıraya dönən 28 yaşlı futbolçu komanda ilə birgə məşqlərə başlayıb. Dodo Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu həftə Dortmund “Borussiya”sı ilə keçiriləcək səfər qarşılaşmasında komandasına kömək edə biləcək.

 

Qeyd edək ki, “Borussiya” – “Qəbələ” matçı noyabrın 5-də “Siqnal İduna Park” arenasında baş tutacaq.  

0