“Qarabağ” Elvin Yunuszadənin xidmətindən məhrum olub. Apasport.az saytının məlumatına görə, müdafiəçi Topaz Premyer Liqasının XII turunda komandasına kömək edə bilməyəcək.
Buna Elvinin cəzalı duruma düşməsi səbəb olub. Yunuszadə AZAL-la XI turun matçında sarı vərəqə alaraq, hesabındakı xəbərdarlıqların sayını 4-ə çatdırıb. Bu isə onu “Xəzər Lənkəran”la səfər qarşılaşmasını buraxmaq məcburiyyətində qoyur.
“Zirə”nin nigeriyalı futbolçusu Çumezi Mbah da növbəti turu buraxacaq. 23 yaşlı müdafiəçi “Sumqayıt”la qarşılaşmada forma geyə bilməz.
“İnter”lə qarşılaşmada 4-cü sarı vərəqəsini alan Çimezi mövsümdə 2-ci dəfə cəzalı duruma düşüb. Belə ki, afrikalı bir dəfə də iki sarı vərəqə alaraq, meydandan qovulduğu vaxt diskvalifikasiya olunmuşdu.