[b]"Qəbələ"nin oyununun vaxtı dəyişdirildi[/b]
02.11.2015 - 15:43
[b]"Qəbələ"nin oyununun vaxtı dəyişdirildi[/b]

Topaz Premyer Liqasının XII turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, həftəsonu start götürəcək turun iki qarşılaşmasının vaxtı dəyişdirilib.

 

Avropa Liqasının IV turunun noyabrın 5-də keçirilən matçında Almaniyada Dortmund “Borussiya”sının qonağı olan “Qəbələ”nin “İnter”lə görüşü nəzərdə tutulduğundan iki gün sonra baş tutacaq. Matç noyabrın 7-dən 9-na keçirilib.


”Zirə” – “Sumqayıt” oyunu isə noyabrın 6-da deyil, ertəsi gün baş tutacaq. Bu matçın vaxtının dəyişdirilməsinə teleyayım səbəb olub.

 

Topaz Premyer Liqası

XII tur

 

7 noyabr (şənbə)
 

16:30. AZAL – “Kəpəz”
“AZAL Arena”
 

18:30. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu

8 noyabr (bazar)

16:00. “Xəzər Lənkəran” – “Qarabağ”

“Xəzər Lənkəran” mərkəzi stadionu

18:00. “Neftçi” – “Rəvan”
“Bakcell Arena"

9 noyabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “İnter”

“Qəbələ” şəhər  stadionu

0