[b]“Futbolçulara təşəkkürümün həddi-hüdudu yoxdu” – Samir Abasov[/b]
02.11.2015 - 21:38
[b]“Futbolçulara təşəkkürümün həddi-hüdudu yoxdu” – Samir Abasov[/b]

“Oyun başa çatdıqdan sonra futbolçulara öz razılığımı bildirdim. Bu istəklə işləsək arzuladığımız oyunu sərgiləyəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Topaz Premyer Liqasının XI turu çərçivəsində öz meydanında “Neftçi” ilə qarşılaşan “kimyaçılar”ın çalışdırıcısı qarşılaşma haqqında fikirlərini bölüşüb: Futbolçulara təşəkkürümün həddi-hüdudu yoxdu. Hər bir oyunçu qələbə üçün can qoydu, qalibiyyət üçün döyüşdü. Gənc Xəyalı döyüşə atanda ona tapşırıq vermişdim. Bildirmişdim ki, rəqibin cərimə meydançasında oynasın.  Gənc futbolçunu oyuna buraxmaq risk ola bilər. Amma futbolçular məhz belə oyunlarda “bişirlər”. Oyunun sonundakı epizodla bağlı heç nə deyə bilməyəcəyəm. Çünki hadisə yerinə uzaq idim. Penalti tələb edən Vurğun Hüseynovdan isə heç nə soruşmamışam. Çünki bunun əhəmiyyəti yoxdu. Biz məğlub olduq, “Neftçi” qalib gəldi. Rəqibi təbrik edirəm”.

0