“Oyundan öncə çox şey yazıldı. Amma hər şey meydançada həll olunur və siz necə gərgin mübarizənin getdiyini gördünüz”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Əliyev deyib.
Topaz Premyer Liqasının XI turu çərçivəsində səfərdə “Sumqayıt”a qalib gələn “ağ-qaralar”ın çalışdırıcısı qələbəni belə şərh edib: “Biz bir neçə oyundur ki, qələbə qazana bilmirdik. Sumqayıt səfərində qazanılacaq 3 xal bizə hava və su kimi lazım idi. İlk hissədə hesabda geri olsaq da, ikinci hissədə dönüş edə bildik. Futbol səhvlər üzərində qurulub. Bundan öncəki oyunlarda səhvlər etdik, məğlub olduq. Səhv olmalıdır ki, top da qapıdan keçsin”.