[b]“Mənə elə gəldi ki, hakim əlavə vaxtı çox oynatdı” – Yunis Hüseynov[/b]
02.11.2015 - 23:28
[b]“Mənə elə gəldi ki, hakim əlavə vaxtı çox oynatdı” – Yunis Hüseynov[/b]

“Ötən tur məğlub olmağımıza baxmayaraq, qol imkanlarımız olmuşdu. Bu oyuna da qələbə üçün çıxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yunis Hüseynov deyib.

 

Topaz Premyer Liqasının XI turu çərçivəsində “Rəvan”la qarşılaşan cənubluların baş məşqçisi minimal hesablı qələbəni belə şərh edib: “Matçın ilk dəqiqələrində Skarlatake zədələndi. Heyətin 99 faizi gənc futbolçulardan təşkil olunub.  Tounkara zədədən yeni qayıdıb və yenidən zədələnməkdən qorxur. Rəqib oyunçu Tounkaranı vurdu. Məqsəd Tounkaranı hirsləndirmək idi. Sonda mənə elə gəldi ki, hakim əlavə vaxtı çox oynatdı. Buna bir az  etiraz etdim.  Qarşıda çətin oyunlarımız var. Həmin görüşlərə hazırlaşacağıq”.

0