“Biz ağıl ilə yox, emosiya ilə oynadığımıza görə 3 xalı rəqibə hədiyyə etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib.
Topaz Premyer Liqasının XI turunun son qarşılaşmasında “Xəzər Lənkəran”la qarşılaşan “sarı – qırmızıları”ın çalışdırıcısı matç haqqında fikirlərini bildirib: “Oyunumuz heç xoşuma gəlmədi. “Xəzər Lənkəran” məğlub ediləsi rəqib idi. Sadəcə, rəqibin fiziki durumu yaxşıdır, futbolçuları çox qaçır. Mənə bir az zaman lazımdı. Futbolçu konkret olaraq qarşıya qoyulan tələbləri yerinə yetirməldir. Çox şeyi dəyişməliyik”.