“Qəbələ” bu gün məşq edib, Dortmunda yollanacaq
03.11.2015 - 09:00
“Qəbələ” bu gün məşq edib, Dortmunda yollanacaq

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun “Borussiya” (Dortmund, Almaniya) ilə oyununun hazırlıqlarına start verib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasının XI turunun noyabrın 1-də “Kəpəz”lə evdə keçirilən oyunundan sonra məşqlərinə fasilə verməyən “qırmızı-qaralar” dünən səhər hazırlıq keçib.

 

Son görüşdə iştirak edənlər fiziki hazırlıqla kifayətlənibsə, digər oyunçular topla məşq edib. Bu gün komanda Qəbələ şəhər stadionunda növbəti məşqini gerçəkləşdirəcək. Günorta saatlarında isə Qəbələdən Dortmunda yollanacaq. Oyunöncəsi son məşq də noyabrın 4-də bu şəhərin BVB stadionunda baş tutacaq.
 

Xatırladaq ki, qrupda ikinci səfər oyununa çıxacaq “Qəbələ”nin “Borussiya” ilə noyabrın 5-də baş tutacaq qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

0