“Xəzər Lənkəran” 369 günlük seriyanı qırdı
03.11.2015 - 10:44
“Xəzər Lənkəran” 369 günlük seriyanı qırdı

“Xəzər Lənkəran” səfərdə qələbəsiz oyunlar seriyasına son qoyub. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi Topaz Premyer Liqasının XI turunun “Rəvan”la rəqib meydanındakı görüşdə 1:0 hesabı ilə qalib gəlib.

 

Bununla, “ağ-yaşıllar”ın 15 matçlıq uğursuz seriyası qırılıb. “Xəzər Lənkəran”ın sonuncu səfər qələbəsi 369 gün əvvəl - 2014-cü il oktyabrın 29-na təsadüf etmişdi. Həmin vaxt “Sumqayıt”a 2:1 hesabı ilə qalib gələn lənkəranlılar sonrakı 15 görüşdə 3 heç-heçə edib, 12 dəfə uduzmuşdu.

0