[b]“Qarabağ”ın liderlik, “Qəbələ”nin səfərdə xal iddiası[/b]
04.11.2015 - 11:18
[b]“Qarabağ”ın liderlik, “Qəbələ”nin səfərdə xal iddiası[/b]

Sabah Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, 12 qrupda mübarizə aparan 48 komanda arasında iki Azərbaycan təmsilçisi də meydana çıxacaq.

 

Son ölkə çempionatının mükafatçıları “Qarabağ”la “Qəbələ” ikinci dövrəyə fərqli meydanlarda start verəcək. Topaz Premyer Liqasının son qalibi və lideri olan Ağdam təmsilçisi qrupda 2-ci ev sınağına çıxacaqsa, Qəbələnin eyniadlı təmsilçisi isə qüvvəsini səfərdə sınayacaq.

 

Ardıcıl 2-ci dəfədi qrupda çıxış edən “Qarabağ” Fransa “Monako”su ilə görüşəcək. 14 gün əvvəl səfərdə aldığı minimal hesablı məğlubiyyətin əvəzini çıxmaq əzmində olan Qurban Qurbanovun yetirmələri mütləq qələbə qazanmalıdı.

 

1/16 final iddiasında olan çempionumuz “Tottenhem”lə çətin qarşılaşma öncəsi mərhələ adlamaq şanslarının azalmamağı üçün növbəti 3 xalı əldə etməyə məcburdu. Çünki qələbə təmsilçimizi ən azı 2-ci pilləyə daşıyacaq. İngiltərə klubunun “Anderlext”lə heç-heçəsi isə “Qarabağ”ı liderliyə daşıyacaq.

 

Heç-heçə ilə işini xeyli çətinə salacaq ağdamlılar belçikalıların uduzması halında 3-cü yerə yüksələcək. Məğlubiyyət isə təmsilçimizin 1/16 final arzusuna ciddi zərbə vuracaq.

 

Daha çətin sınaq qarşısında olan “Qəbələ” Dortmundda “Borussiya” ilə görüşəcək. Adlı-sanlı rəqiblə qarşılaşmada sensasiyaya imza atmaq iddiasında “qırmızı-qaralar” qrupda ilk səfər xalını qazanmağa çalışacaq.

 

Bakıda aldığı 1:3 hesablı məğlubiyyətdən sonra almaniyalıları büdrətmək əzmində olan Roman Qriqorçukun yetirmələri meydana ciddi itki ilə çıxacaq. Qapıçı Dmitri Bezotosnının yoxluğunda qəbələlilər çərçivəsinin toxunulmazlığı haqda düşünəcək.

 

Əyalət klubu qrupda ilk qələbəsini qazanmağa nail olsa, 1/16 finala iki vəsiqə uğrunda mübarizəni davam etdirmiş olacaq. Heç-heçə olacağı halda isə “Qəbələ” PAOK-la “Krasnodar” arasında görüşdə heç-heçənin qeydə alınması sərf edəcək. Almaniyadakı məğlubiyyət isə təmsilçimizin şanslarının minimuma enməsi ilə nəticələnəcək.

 

Avropa Liqası

Qrup mərhələsi, IV tur

5 noyabr

 

J qrupu

20:00. “Qarabağ” (Azərbaycan) – “Monako” (Fransa)

Baş hakim: Pavel Kristian Balay

Hakim köməkçiləri: Mihay Ovidiu Artene, Valentin Qabriel Avraam

Əlavə hakim köməkçiləri: İştvan Kovaç, Radu Marian Petresku
Dördüncü hakim: Mirça Mihail Qriqoriu (hamısı Rumıniya)
Hakim-inspektor: Elmir Pilav (Bsoniya və Herseqovina)
UEFA nümayəndəsi: Stanislav Spejik (Polşa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

1.

Monako

3

1

2

0

3-2

5

2.

Tottenhem

3

1

1

1

5-4

4

3.

Anderlext

3

1

1

1

3-3

4

4.

Qarabağ

3

1

0

2

2-4

3

 

 

C qrupu

22:00. “Borussiya” (Dortmund, Almaniya) – “Qəbələ” (Azərbaycan) 
Baş hakim: Sebastyan Delferier

Hakim köməkçiləri: İv de Neve, Rien Vanizere
Əlavə hakim köməkçiləri: Conatan Lardot, Erik Lambrext

Dördüncü hakim: Stiyn Hutsebot (hamısı Belçika)
Hakim-inspektor: Xuan Fernandes Marin (İspaniya)
UEFA nümayəndəsi: Georgi Kumas (Kipr)

Dortmund. BVB stadionu

 

1.

Borussiya

3

2

1

0

6-3

7

2.

Krasnodar

3

1

1

1

3-3

4

3.

PAOK

3

0

3

0

1-1

3

4.

Qəbələ

3

0

1

2

2-5

1

 

0