[b]“Qarabağ” qələbə qazansa...[/b]
04.11.2015 - 12:06
[b]“Qarabağ” qələbə qazansa...[/b]

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının sabah keçiriləcək oyununda yubiley qeyd edə bilər. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin IV turunun “Monako” ilə qarşılaşmasında qazanılacaq qələbə Ağdam təmsilçisi üçün avrokuboklarda 25-ci olacaq.

 

Ev oyununda qalib gəlib, yubileyini qeyd etməyə yaxın olan təmsilçimiz indiyədək keçirdiyi 63 qarşılaşmadan 24-də qələbəyə sevinib. Digər matçlarda 16 heç-heçəyə nail olan “Qarabağ” 23 dəfə uduzub. Avrokuboklarda 60 qol vuran ağdamlılar topu öz qapısından 79 dəfə çıxarıb.

 

Topaz Premyer Liqasının lideri “Monako”nu məğlub etsə, ikinci yubiley Avropa Liqası ilə bağlı olacaq. Belə ki, 24 qələbədən 19-nu bu turnirdə qazanan çempionumuz əvvəl UEFA kuboku adlanan yarışda 20-ci dəfə sevinəcək. “Qarabağ” bu turnirdə keçirdiyi 47 qarşılaşmada 13 heç-heçə edib və 15 dəfə məğlub olub. Ağdam klubunun avrokuboklarda qazandığı 24 oyundan 4-ü Çempionlar Liqası, 1-i İntertoto kubokunda təsadüf edib.

 

Qeyd edək ki, “Qarabağ” həm avrokuboklarda, həm də Avropa Liqasında qazanılan qələbə sayında Azərbaycan rekordçusudu.

0