Yenidən maliyyə problemi ilə üzləşən “İnter”də futbolçuların səbr kasaları daşıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, “bankirlər” artıq məşqə çıxmaq istəmirlər.
Sentyabr və oktyabr aylarının maaşlarını almayan oyunçular bu gün axşam baş tutmalı olan məşqə çıxmamaq qərarına gəliblər. Futbolçular UEFA tərəfindən kluba çatması üçün AFFA-ya göndərilən pulla borclarının ödənilməsini tələb edirlər. Əgər maaşlar verilməsə, komanda həftəiçi məşqlərin heç birində iştirak etməyəcək və hətta noyabrın 9-da Topaz Premyer Liqasının XII turunda “Qəbələ” ilə keçiriləcək səfər matçına yollanmayacaqlar.
Məlumatı saytımıza açıqlamasında paytaxt klubunun baş meneceri Aleksey Barvinski də təsdiqləyib.
Ruslan SADIQOV