Topaz Premyer Liqasının XII turunun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi sabah start götürən turun qarşılaşmalarını idarə edəcək ədalət təmsilçilərini müəyyənləşdirib.
Turun mərkəzi oyunu olan “Qəbələ” – “İnter” matçı Rəhim Həsənova tapşırılıb. Digər FİFA hakimi Əliyar Ağayev isə “Zirə” – “Sumqayıt” matçına təyinat alıb. Eyni statusa malik Orxan Məmmədov isə “Neftçi” – “Rəvan” görüşündə dördüncü hakim olacaq.
Topaz Premyer Liqası
XII tur
7 noyabr (şənbə)
16:30. AZAL – “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Namiq Hüseynov, Ramil Diniyev
“AZAL Arena”
18:30. “Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu
8 noyabr (bazar)
16:00. “Xəzər Lənkəran” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Azər Əsgərov, Ramil Əhmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu
18:00. “Neftçi” – “Rəvan”
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Mehman Mahmudov, Orxan Məmmədov
8-ci km qəsəbə stadionu
9 noyabr (bazar ertəsi)
16:00. “Qəbələ” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Kamran Bayramov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu