[b]Fasilə öncəsi[/b]
06.11.2015 - 13:02
[b]Fasilə öncəsi[/b]

Sabah Topaz Premyer Liqasında XII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində baş tutacaq turun görüşləri 3 gün davam edəcək.

 

İlk oyun günündə 2 matç keçiriləcək. Hər iki qarşılaşma paytaxtda baş tutacaq. Günün ilk matçında AZAL “Kəpəz”i qəbul edəcək. Son iki turda qol və qələbəyə həsrət qalan paytaxt futbolçuları qərblilərin uğurlu seriyasını qırmağa çalışacaq. Belə ki, Şahin Diniyevin yetirmələri son 5 görüşdə məğlub olmayıb.

 

Ardıcıl 3 oyunda heç-heçə ilə kifayətlənən “Zirə” öz meydanında “Sumqayıt”ı sınağa çəkəcək. Debütant ikinci “beşlik”lə xal fərqinin azalmamağı üçün qalib gəlməlidi. Samir Abasovun yetirmələri isə aşağı pillələrdən uzaqlaşmaq üçün növbəti qələbəsini bayram etməlidi.

 

“Xəzər Lənkəran”la “Qarabağ” turun ikinci günündə meydana çıxacaq. Cənublular prinsipial rəqibi “Neftçi”ni arxada qoymaq üçün qalib gəlməlidi. Son çempion isə liderliyini daha da möhkəmləndirmək əzmindədi. Son iki turda qələbə qazanan ağdamlılar səfərə seriyasını davam etdirmək üçün yollanacaq.

 

“Neftçi” və “Rəvan” paytaxt derbisində üz-üzə gələcək. Ardıcıl 8 məğlubiyyət alan sonuncular uğursuz seriyanı qırmaq üçün “ağ-qaralar”ı büdrətməlidi. Liderlər qrupundan çox uzaq düşən Samir Əliyevin yetirmələri autsayderi itkisiz keçməlidi.

 

Tura “Qəbələ” və “İnter” arasında mərkəzi oyunla yekun vurulacaq. Ötən mövsümün mükafatçıları yenə ilk “üçlük”də qərarlaşdığından liderin ən yaxın izləyicisini müəyyənləşdirəcək. Ardıcıl 3 oyunda xal itirən “Qəbələ”yə mövqeyini qorumaq üçün heç-heçə də kifayətdi. Lakin uğursuzluq zolağından çıxmaq arzusunda olan Roman Qriqorçukun yetirmələri həm liderə yaxınlaşmaq, həm də I dövrədəki məğlubiyyətin qisasını almağa köklənib. Bakılılar isə rəqibini arxada qoymaq üçün mütləq qələbə qazanmalıdı. Zaur Svanadzenin yetirmələri bunu bacarmasa, 3-cü pilləni də əldən verə bilər.

 

Topaz Premyer Liqası

XII tur

7 noyabr (şənbə)

16:30. AZAL – “Kəpəz”

Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Namiq Hüseynov, Ramil Diniyev 
“AZAL Arena”

I dövrənin oyunu: 0:1

 

18:30. “Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Əsgərov 
Zirə İdman Kompleksinin stadionu
I dövrənin oyunu: 0:0


8 noyabr (bazar)

16:00. “Xəzər Lənkəran” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Azər Əsgərov, Ramil Əhmədov 
“Xəzər Lənkəran” mərkəzi stadionu
I dövrənin oyunu: 0:1


18:00. “Neftçi” – “Rəvan”
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Mehman Mahmudov, Orxan Məmmədov 
8-ci km qəsəbə stadionu

I dövrənin oyunu: 3:1


9 noyabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Kamran Bayramov, Rəvan Həmzəzadə 
Qəbələ şəhər  stadionu

I dövrənin oyunu: 1:2

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

11

8

2

1

20-8

26

2

Qəbələ

11

6

3

2

18-6

21

3

İnter

11

5

4

2

9-7

19

4

Kəpəz  

11

5

 3

 3

14-10

18

5

Zirə 

11

4

6

1

10-8 

18

6

Neftçi

11

3

4

4

11-12

13

7

Xəzər L   

11

3

3

5

10-15

12

8

Sumqayıt 

11

2

5

4

9-12

11

9

AZAL 

11

2

2

7

5-14

8

10

Rəvan 

11

0

2

9

4-18

2

 

Bombardir: Riçard Almeyda (“Qarabağ”) - 5

0