Yığmamızın hücumçusu Almaniyadan qayıtdı
06.11.2015 - 15:47
Yığmamızın hücumçusu Almaniyadan qayıtdı

Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev vətənə qayıdıb. Apasport.az saytının məlumatına görə, Almaniyada cərrahiyyə əməliyyatı olan “İnter”in forvardı artıq Bakıdadı.

 

Sentyabrın 12-də Topaz Premyer Liqasının IV turu çərçivəsində “Qəbələ” ilə matçda dizindən zədə alan 26 yaşlı oyunçu Almaniyanın Plattlinq şəhərində əməliyyat olunmuşdu. Mövsümü vaxtından tez başa vuran Əliyev ilin son iki ayını da evdə, həkim nəzarəti altında keçəcək.

 

Yalnız gələn ildən yüngül hazırlıqlara start verəcək futbolçu ən yaxşı halda yay aylarında topla çalışmalarda iştirak edə biləcək.

 

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 4 oyun keçirən Rauf Əliyev “İnter”də qol hesabını aça bilməyib.

0