[b]"Kəpəz" xal itirdi, "Zirə" qalib gəldi - YENİLƏNİB[/b]
07.11.2015 - 20:23
[b]"Kəpəz" xal itirdi, "Zirə" qalib gəldi - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında XII tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində baş tutan turun ilk günündə 2 qarşılaşma keçirilib.

 

Hər iki qarşılaşma Bakıda baş tutub. İlk olaraq "Kəpəz" AZAL-ın qonağı olub. Şüvəlanda "AZAL Arena"da baş tutan görüşdə qalib müəyyənləşməyib. "Kəpəz" Bakıdan 1 xalla ayrılıb.

 

Bu oyuna qədər Gəncə təmsilçisi ilə eyni xala malik “Zirə” isə “Sumqayıt”ı məğlub edib.Gərgin keçən qarşılaşmada 5 qol vurulub. Adil Şükürovun yetirmələri 3:2 hesablı qələbə qazanıblar.

 

Qeyd edək ki, turun digər oyunlarından ikisi sabah, biri isə noyabrın 9-da baş tutacaq.

 

Topaz Premyer Liqası

XII tur

7 noyabr (şənbə)

 

“Zirə” – “Sumqayıt” - 3:2

Qollar: Cəmil Hacıyev, 16-öz qapısına, Adil Nağıyev, 48, Nicat Qurbanov, 74 - Ağabala Ramazanov, 45, Pərdis - Fərcad Azad, 81

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Əsgərov 
Zirə İdman Kompleksinin stadionu
I dövrənin oyunu: 0:0

 

“Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 5. Adil Nağıyev, 13. Aleksandr Şemonayev, 77. Ruslan Poladov, 11. Viktor İqbekoyi, 33. Dieqo Souza, 32. Luis Alberto Diez, 27. Rəşad Abdullayev (k), 28. Təmkin Xəlilzadə, 9. Nelson Bonilla

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Nicat Qurbanov, 8. Tərzin Cahangirov, 6. Hacı Əhmədov, 66. Eduardo Makiel, 70. Mirkamil Həşimli, 14. Tellur Mütəllimov

Baş məşqçi: Adil Şükürov

 

“Sumqayıt”: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 15. Nodar Məmmədov, 22. Tofiq Mikayılov, 23. Tural Rzayev, 24. Amit Quluzadə, 55. Ağabala Ramazanov

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 7. Pərdis Fərcad-Azad, 8. Nuran Qurbanov, 9. Mirzağa Hüseynpur, 18. Aleksandr Çertoqanov, 27. İsmayıl Babayev

Baş məşqçi: Samir Abasov

 

 

 

AZAL – “Kəpəz” - 1:1

Qol: Tagim Novruzov,88 - Julien Ebah, 82
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Namiq Hüseynov, Ramil Diniyev 
“AZAL Arena”

I dövrənin oyunu: 0:1

 

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 4. Qvanzan Maqomedov, 14. İlqar Ələkbərov, 6. Tagim Novruzov, 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 22. Kamal Mirzəyev, 9. Aydın Qasımov

Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 11. Ruslan Nəsirli, 5. Kamil Hüseynov, 19. Məhəmməd Bədəlbəyli, 7. Tərlan Xəlilov, 28. Müşfiq Teymurov, 47. Əsgər Hüseynov

Baş məşqçi: Tərlan Əhmədov

 

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 7. Junior Osvaldo, 8. Budaq Nəsirov, 13. Şəhriyar Rəhimov, 68. Rəşad Eyyubov, 10. Dario Federiko Junior, 27. Bəxtiyar Soltanov, 19. Aleksandr Sitnik

Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 15. Azad Kərimov, 6. Ceyhun Cavadov, 80. Tural Rzayev, 4. Elvin Cəbrayıllı, 90. Julien Ebah

Baş məşqçi: Şahin Diniyev

 

1.

Qarabağ

11

8

2

1

20:8

26

2.

Qəbələ

11

6

3

2

18:6

21

3.

Zirə

12

5

6

1

13:10

21

4.

Kəpəz

12

5

4

3

15:11

19

5.

İnter

11

5

4

2

9:7

19

6.

Neftçi

11

3

4

4

11:12

13

7.

Xəzər Lənkəran

11

3

3

5

10:15

12

8.

Sumqayıt

12

2

5

5

11:15

11

9.

AZAL

12

2

3

7

6:15

9

10.

Rəvan

11

0

2

9

4:18

2

 

Bombardir: Riçard Almeyda (“Qarabağ”) - 5

0