“Xəzər Lənkəran”dan penalti etirazı - VİDEO
09.11.2015 - 16:24
“Xəzər Lənkəran”dan penalti etirazı - VİDEO

“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XII turu çərçivəsində "Qarabağ"la keçirilən oyunun hakimliyindən narazı qalıb. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi baş hakim Rauf Cabbarovun oyunun gedişinə təsir etmiş qərəzli qərar qəbul etdiyini iddia edir.

 

“Ağ-yaşıllar” 50-ci dəqiqədə Əfran İsmayılovun cərimə meydançasında əllə oynamasının video-görüntüsünü də yayıblar. Onlar etiraz edir ki, Cabbarov həmin epizodda rəqibin əleyhinə penalti verməyib. “Xəzər Lənkəran” 0:1 hesabı ilə geridə olarkən bu hadisə yaşansa da, futbolçunun bir neçə metrliyində olan hakim “davam” işarəsi göstərib.  

 

Qeyd edək ki, qarşılaşma da 1:0 hesabı ilə ağdamlıların xeyrinə bitib. Yeganə qolu isə İsmayılovun özü vurub.

0