“Qəbələ” kimi bir komandaya qarşı pis nəticə qazanmadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in prezidenti Georgi Nikolov deyib.
Topaz Premyer Liqasının XII turu çərçivəsində baş tutan “Qəbələ” – “İnter” qarşılaşmasından sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandıran “bankirlər”in bolqar rəhbəri matçı dəyərləndirməklə yanaşı, son günlər klub haqqında gəzən söz-söhbətlərə də aydınlıq gətirib: “Oyun bir az ehtiyatlı və səliqəli keçdi. Ancaq normal nəticə ilə ayrıla bildik. Oyunçularımızın maddi problemlərə görə meydana çıxmaq istəməməkləri haqqında yazılanlar yalandı. Özünüz də gördünüz ki, necə mübarizə aparırdılar. Belə çıxır ki, bu gün meydana çıxan başqa komanda idi? Artıq maaşlar da ödənib. Futbolçular sentyabr ayı üçün əmək haqqlarını alıblar, tezliklə oktyabr da ödənəcək”.