[b]Ruslan Qurbanov “Xəzər Lənkəran”la görüşə buraxılmayacaq[/b]
10.11.2015 - 09:37
Topaz Premyer Liqasının XII turu 3 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, bu oyunçular 4-cü sarı vərəsəsini aldığı üçün XIII turu buraxacaq.
“Neftçi”nin ən yaxşı bombardiri Ruslan Qurbanov “Rəvan”la qarşılaşmada “4”ə çatıb. Bu üzdən hücumçu “Xəzər Lənkəran”la görüşü buraxacaq.
AZAL - “Kəpəz” matçında isə 2 futbolçu cəzalı duruma düşüb. Bəxtiyar Soltanov qonaqların, Emin Cəfərquliyev isə meydan sahiblərinin heyətində 4-cü xəbərdarlığı alıb. Emin “İnter”lə, Bəxtiyar “Qarabağ”la oyunda meydana çıxa bilməyəcək.
0
0