[b]Həm Ukraynaya, həm də Latviyaya uduzduq - YENİLƏNİB[/b]
16.11.2015 - 00:53
[b]Həm Ukraynaya, həm də Latviyaya uduzduq - YENİLƏNİB[/b]

İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, həm kişilər, həm də qadınlardan ibarət yığma komandalarımız bu gün üçüncü qarşılaşmalarını keçiriblər.

 

İlk iki turda qələbə qazanan kişilərdən ibarət yığmamız Ukrayna ilə qarşılaşıb. Millimiz turnirdə ilk məğlubiyyətini alıb.

 

Fikrət Sideyifzadənin rəhbərlik etdiyi qadınlar yığmamız isə Latviya ilə oynayıb. İlk turda bərabərə qalıb, ikinci turda İtaliyaya yenilən millimizin budəfə də uduzub. 

 

Şahmat üzrə komandalararası Avropa çempionatı

III tur

15 noyabr

 

Kişilər

 

Ukrayna - Azərbaycan - 2.5:1.5

Pavel Elyanov – Şəhriyar Məmmədyarov - 1:0

Yuri Krivoruçko – Teymur Rəcəbov - 0.5:0.5

Anton Karobov – Arkadi Naydiç - 0.5:0.5

Aleksandr Areşenko – Eltac Səfərli - 0.5:0.5

 

Qadınlar

 

Azərbaycan – Latviya - 1,5:2,5

Zeynəb Məmmədyarova – Dana Reyzneçe – Ozola - 0:1

Gülnar Məmmədova – Laura Roqule - 1:0

Xəyalə Abdulla – İlze Berzina - 0.5:0.5

Ülviyyə Fətəliyeva – Katrina Skinke - 0:1

0