[b]PFL paytaxt derbisinin vaxtını dəyişdi[/b]
16.11.2015 - 12:31
[b]PFL paytaxt derbisinin vaxtını dəyişdi[/b]

Topaz Premyer Liqasında XIII turun oyun cədvəli müəyyənləşib. Apasport.az saytının məlumatına görə, tur 3 gün ərzində reallaşacaq.

 

Açılış oyunu noyabrın 21-də Sumqayıtda baş tutacaq. Həmin gün “Kəpəz” “Qarabağ” sınağına çıxacaq. Ertəsi gün öncə “Xəzər Lənkəran” “Neftçi”ni, ardından isə “Rəvan” “Zirə”ni qonaq edəcək.

 

Turun qapanış matçında isə “İnter”lə AZAL paytaxt derbisində üz-üzə gələcəklər. Bu görüşün ayın 22-də keçirilməsi nəzərdə tutulurdu. Lakin PFL sonradan canlı yayımla bağlı qarşılaşmanı bir gün sonraya keçirib.

 

21 noyabr (şənbə)
 

17:00. “Sumqayıt” – “Qəbələ”
Sumqayıt şəhər stadionu
 

19:30. “Qarabağ” – “Kəpəz”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

22 noyabr (bazar)
 

18:00. “Xəzər Lənkəran” – “Neftçi”
“Xəzər Lənkəran” mərkəzi stadionu

20:00. “Rəvan” – “Zirə”
“Bayıl Arena”

23 noyabr (bazar ertəsi)

17:00. “İnter” – AZAL
“İnter Arena”

0