[b]İntizam Komitəsindən gecikmiş qərar[/b]
17.11.2015 - 13:08
[b]İntizam Komitəsindən gecikmiş qərar[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqası ilə bağlı yalnız bir qərar verilib.

Komitə XII turun oyunlarında yaşananları ötən iclasında müzakirə etsə də, “Qəbələ” – “İnter” matçı ilə bağlı qərarı saxlamışdı. Həmin oyuna bu dəfə baxan qurum 5 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahiblərini 1000 manat cərimələyib.

Qeyd edək ki, “Qəbələ” – “İnter” oyunu 1:1 hesabı ilə başa çatıb.

 

0