[b]Qurbanovla Benzema arasındakı fərq[/b]
19.11.2015 - 10:37
[b]Qurbanovla Benzema arasındakı fərq[/b]

Avropa ölkələrinin milli çempionatlarının ən məhsuldar oyunçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Kiprin APOEL klubunun argentinalı futbolçusu Fernando Kavenaqi orta məhsuldarlıqda hamını qabaqlayır.

 

Cari mövsümün 9 oyununda 14 dəfə rəqib qapısına yol tapan cənubi amerikalının göstəricisi 1,56-ya bərabərdi. Məhsuldarlığı 1-dən yüksək olan 11 futbolçu arasında Robert Levandovski (1,27), Pyer Emerik Obameyanq (1,17), Zlatan İbrahimoviç (1,12), Neymar (1,10) kimi ulduzlar da var. Hər oyuna orta hesabla bir top vuran 6 futbolçu arasında Kərim Benzema da yer alıb.

 

Qitənin 17 ən məhsuldar oyunçusu arasında Topaz Premyer Liqasında çıxış edən futbolçu yoxdu. Çünki çempionatımızın bombardirlərinin orta göstəricisi çox aşağıdı. Hərəyə 5 qol vuran Ruslan Qurbanov və Riçard Almeyda bunu 10 oyunda bacarıb. Bu isə onların orta məhsuldarlığının 0,50-yə, Benzemanın göstəricisinin yarısına bərabər olması deməkdi. 8 çempionat görüşündə 4 dəfə fərqlənən Samuel Armenteros da eyni göstəriciyə malikdi. 5 qol vuran Aleksey Antonov isə 12 matçda iştirak etdiyindən məhsuldarlığı 0,42-di.

 

0