[b]3 günlük tur: Əsgər Abdullayev yeni ampluada[/b]
20.11.2015 - 11:35
[b]3 günlük tur: Əsgər Abdullayev yeni ampluada[/b]

 

Sabah Topaz Premyer Liqasında XIII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı tur 3 gün davam edəcək.

 

İlk oyun günündə Avropa Liqasının qrup mərhələsində çıxış edən klublarımız meydana çıxacaq. Turun açılış matçı Sumqayıtda baş tutacaq. 4 turdu qələbə qazanmayan “Qəbələ” “Gənclik şəhəri” təmsilçisinin qonağı olacaq. Liderdən uzaq düşən Roman Qriqorçukun yetirmələri 2-ci pilləni qorumaq üçün səfərdən 3 xalla dönməlidi. Sumqayıtın eyniadlı klubu isə ardıcıl 2 məğlubiyyətdən sonra xal qazanmaq əzmindədi.

 

“Qəbələ”dən fərqli, “Qarabağ” Avropa Liqası öncəsi evdə oynayacaq.  Ağdam klubu “Kəpəz”i sınağa çəkəcək. Hərəyə 3 dəfə ölkə çempionu olan görüş turun maraqlı matçlarından biridi. Turnir cədvəlinin ilk yarısında yer alan rəqiblərin hər ikisi matça uğurlu seriya ilə çıxacaq. Qurban Qurbanovun yetirmələri son 3 görüşdə xal itirməyib. Gəncə təmsilçisi isə 6 turdu uduzmur.

 

Turun böyük maraqla gözlənilən oyunu Lənkəranda keçiriləcək. Heç də ən yaxşı günlərini yaşamayan “Xəzər Lənkəran” və “Neftçi” arasında qarşılaşma turnir cədvəli baxımından o qədər də böyük önəm kəsb etməsə də, rəqiblər arasında prinsipial rəqabət görüşə diqqəti artırır. Həm də “Böyük oyun” sabiq komanda yoldaşlarının dueli ilə də əlamətdar olacaq. Vaxtilə “Neftçi”də çiyin-çiyinə oynamış Əsgər Abdullayevlə Yunis Hüseynov rəqib kimi qarşılaşacaq. “Böyük oyun” Abdullayevin “ağ-qaralar”ın baş məşqçi postunda debütü ilə əlamətdar olacaq. O, futbolçu kimi heyətində keçirdiyi oyun sayına görə 2-ci olduğu klubda yeni ampluada qayıdışını rəsmiləşdirəcək.

 

XIII turun son iki oyununda isə paytaxt derbisi baş tutacaq. Ötən mövsüm I divizionda rəqib olan “Rəvan”la “Zirə” Premyer Liqada 2-ci duelə çıxacaq. İlk qələbəsini ötən tur qazanan autsayder 4 matçdı uduzmayan “Zirə”ni büdrətməyə çalışacaq. Sonuncular isə liderlər qrupundakı mövqeyini daha da yaxşılaşdırmaq üçün meydana çıxacaq. Gələn həftə yekun vurulacaq turun son oyununda “İnter”lə AZAL üz-üzə gələcək. Son 3 turda qələbəyə həsrət qalan iki komanda uğursuzluq seriyasını qırmaq üçün “döyüşəcək”.

 

XIII tur
21 noyabr (şənbə)

17:00. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Elman Musayev, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ömər Paşayev 
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

I dövrədəki oyun: 0:1

 

19:30. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

I dövrədəki oyun: 3:2


22 noyabr (bazar)

18:00. “Xəzər Lənkəran” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Knyaz Əmiraslanov, Rza Məmmədov, Nail Nağıyev 
“Xəzər Lənkəran” mərkəzi stadionu
I dövrədəki oyun: 1:1

 

20:00. “Rəvan” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, İsgəndər Əliyev, İnqilab Məmmədov
“Bayıl Arena”

I dövrədəki oyun: 1:2


23 noyabr (bazar ertəsi)

17:00. “İnter” – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Coşqun Həsənov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Fariz Yusifov  
“İnter Arena”

I dövrədəki oyun: 1:0

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

12

9

2

1

21-8

29

2

Qəbələ

12

6

4

2

19-7

22

3

Zirə

12

5

6

1

13-10

21

4

İnter  

12

5

 5

2

10-8

20

5

Kəpəz 

12

5

4

3

15-11 

19

6

Neftçi

12

3

4

5

13-15

13

7

Xəzər L   

12

3

3

6

10-16

12

8

Sumqayıt 

12

2

5

5

11-15

11

9

AZAL 

12

2

3

7

6-15

9

10

Rəvan 

12

1

2

9

7-20

5

 

Bombardirlər: Aleksey Antonov (“Qəbələ”), Riçard Almeyda (“Qarabağ”), Ruslan Qurbanov (“Neftçi”) – 5.

0