PFL üç oyunun vaxtını dəyişdi
20.11.2015 - 11:44
PFL üç oyunun vaxtını dəyişdi

Topaz Premyer Liqasının XIV turunun və Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyun cədvəlində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası 3 oyunun vaxtını dəyişib.


Belə ki, ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” Peşəkar Futbol Liqasına müraciət edərək, “Rəvan”la  görüşün vaxtının dəyişdirilməsini xahiş edib. “Qəbələ”nin Avropa Liqasında oyununu və yarışların əsasnaməsini rəhbər tutan PFL “Qəbələ” – “Rəvan” görüşünün noyabrın 29-dan 30-na keçirilməsinə qərar verib.


Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Mil Muğan” və “Rəvan” – “Bakı” matçları isə dekabrın 2-dən 3-nə dəyişdirilib

0